Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana qarşı ədalətsiz mövqe tutulduğu bir daha sübuta etirdi"- DEPUTAT

Baxılıb: 738     Tarix: 22-11-2023 11:12   

"ABŞ Konqresinin yuxarı palatasının Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan və "2023-cü il tarixli Ermənistan Müdafiə Aktı" olan S.3000 qanun layihəsini təsdiqləməsi ölkəmizə qarşı başladılan kompaniyanın tərkib hissəsidir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qed edib ki, S.3000 qanun layihəsi Azərbaycanla bağlı 907-ci düzəlişin dayandırılmamasını nəzərdə tutur ki, bu da ölkəmizə qarşı atılan növbəti qərəzli bir addımdır:
"907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. 907-ci düzəliş ilk dəfə erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən təklif edilib. Qed edim ki, edilən bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş sovet pespublikalarına göstərdiyi yardımından yeganə olaraq xaric edilmişdir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı. S.3000 qanun layihəsi Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da Azərbacana qarşı başlanılan qərəzli kompaniyanın bir hissəsi kimi də qiymətləndirmək olar".
Deputat vurğulayıb ki, 907-ci düzəlişi yardım kimi yox, iki ölkə arasındakı münasibətlərin korlanmasına yol açan bir addım kimi də qiymətləndirmək olar:
"ABŞ və Fransa 30 il ərzində Ermənistana və keçmiş qondarma rejimə birbaşa yardımlar edib. S.3000 qanun layihəsi ABŞ hökumətinin Azərbaycana qarşı ədalətsiz mövqe tutulduğu bir daha sübuta etdi".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar