Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Bu gün hər bir vətəndaş ölkəmizin uğurlu gələcəyini yalnız cənab İlham Əliyevdə görür" - DEPUTAT

Baxılıb: 477     Tarix: 18-12-2023 11:22   

"7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, bu dəfə xalqımız seçkilərdə qalib ölkənin vətəndaşları kimi səs verəcək:
"Cənab prezident İlham Əliyev ilk dəfə ölkə başçısı seçilən zaman gec-tez Qarabağımıza qovuşacağımızla bağlı xalqımıza söz vermişdi. Ali Baş Komandan xalqa verdiyi sözə tam əməl etdi və soydaşlarımızı öz doğma yurdlarına qovuşdurdu. Cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu gün Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi sayəsində üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan azad etdiyimiz digər rayonlarda şərəfli dalğalanır".
Deputat vurğulayıb ki, dövlətimizin uğurlu gələcəyi cənab prezident İlham Əliyevin adı ilə bağlıdır:
"Azərbaycan xalqı cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun uğurlu siyasətini tam dəstəkləyir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi kimi də dəyərləndirmək olar. Prezident İlham Əliyev bu günə qədər xalqa verdiyi hər bir sözü tutaraq, ölkəmizi regionda güclü və söz sahibi olan dövlətə çevirib. Ən önəmlisi İlham Əliyev hər vətəndaşımıza xüsusi qayğı və diqqət göstərərək, arxasında dayanıb. Biz bunu Naxçıvan istiqamətində yolu azaraq Ermənistana keçən iki hərbçimiz, Hüseyn Axundov və Aqşin Bəbirovun əsirlikdən azad edilməsi ilə bir daha şahid olduq.
Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan sürətli inkişaf yolunu keçməkdədir. Cənab prezident İlham Əliyev 2018-ci ildə yenidən ölkə başçısı seçiləndə bir çox məsələlərə xüsusi önəm verdi. Xüsusilə də Azərbacan ordusunun daha da güclənməsinə. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasət nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı öz gücümüzə azad etdik. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq adını dünya tarixinə qızıl həriflərlə yazdırdı. 2023-cü ilin antiterror tədbirləri nəticəsində də ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Məhz buna görə də "Qarabağ Azərbaycandır!" şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Bu gün əminliklə deyə bilərəm ki, hər bir vətəndaş ölkəmizin uğurlu gələcəyini yalnız cənab prezident İlham Əliyevlə görür".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar