Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İlham Əliyev Qətər əmirini təbrik etdi

Baxılıb: 693     Tarix: 18-12-2023 11:57   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}