"Anlaşma memorandumu Azərbaycan-İraq münasibətlərinin yaxınlaşmasına xidmət edəcək sənəddir" - AÇIQLAMA
Baxılıb: 572 Tarix: 20-12-2023 16:04
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nun təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Mövzu ilə bağlı Sonxeber.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan və İraqı qədim, tarixi, etnik, milli əlaqələr və köklər bağlayır. Azərbaycan və İraq daim bir-birilə mədəni-iqtisadi ticarət əlaqələri olub:
"Azərbaycan Respublikasının ərazisindən əvvəllər sovetləşməyə qədər çoxlu sayda insan İraqda təhsil alıblar. Sovetin hakimiyyəti dövründə Azərbaycan-İraq arasında əlaqələr demək olar ki kəsilmişdi. Sonrakı dövrdə birbaşa əlaqələrdə çətinliklər mövcud idi. İkitərəfli müqavilələr imzalanmışdı. Bu istiqamətdə danışıqlar gedir. Bununla belə Azərbaycanda həmişə İraqın diplomatik missiyası fəaliyyət göstərib. Bu Azərbaycan-İraq münasibətlərinin davam etdiyinin göstəricisidir. İraqda Azərbaycan türkləri var. Azərbaycan və İraq hər ikisi neft ölkəsidir. Çox yaxın əlaqədə olan ortaq münasibətləri olan dövlətlər var. Onlardan biri Türkiyədir Ortaq iqtisadi, dini və siyasi maraqları var. Bu baxımdan İraq və Azərbaycan arasında müxtəlif istiqamətlərdə müqavilələrin imzalanması istisna edilmir".
Sədrəddin Soltan bildirib ki, memorandum anlaşması isə bu müqavilələrin imzalanması üçün zəmin hazırlayır:
"İraqda Azərbaycan dindarları üçün müqəddəs sayılan yerlər var. İmam Əlinin, İmam Hüseynin məqbərələri var. Bu ziyarətgahlar azərbaycanlı zəvvarların getdiyi başlıca yerlərdəndir. Hesab edirəm ki, iki ölkə arasında turizm istiqamətində də əlaqələrin inkişafı perspektivdə Azərbaycanın üçüncü ölkələrin iştirakı olmadan birbaşa İraqa, həmin ziyarətgahlara getmək imkanını qazandıracaq. Azərbaycan və İraq arasında yaxınlaşmanı genişləndirəcək. Bu yaxınlarda İraqın prezidenti Əbdüllətif Camal Rəşidin və İraqın şimalındakı yerli özünü idarəetmənin başçısı Bərzaninin Azərbaycana səfəri tərəflərin bir-birinə verdiyi dəyərin göstəricisi sayıla bilər. Anlaşma memorandumu Azərbaycan-İraq münasibətlərinin yaxınlaşmasına xidmət edəcək sənəddir".
Qeyd edək ki, Bundan başqa, dövlət başçısının digər fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilib. Hər iki sənəd 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb.
Sevda Səfərova
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər