Hulusi Akar Azərbaycandadır - Fotolar
Baxılıb: 529 Tarix: 29-01-2024 13:19
Türkiyə Böyük Millət Məclisinin (TBBM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-da Fəxri xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Qanunvehedef.az xəbər verir ki, həmçinin ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Türkiyə nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.
Sonda Hulusi Akar “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər