Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Kamran Əliyev prokurorlara tapşırıqlar verdi

Baxılıb: 786     Tarix: 30-01-2024 15:41   

  Baş prokuror Kamran Əliyev Xəzər rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Xəzər, Pirallahı rayonları və respublikanın digər bölgələrindən olan vətəndaşları qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, qəbulda iştirak edən 34 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
Qəbuldan sonra Baş prokuror Kamran Əliyev Pirallahı rayon prokurorluğunun tikilməkdə olan yeni inzibati binasına baxış keçirərək inşaat işləri ilə yerində tanış olub.

 
 
Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar