Xəbər lenti
14/05/2026 [13:58]
Sabah 30° isti olacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycandakı seçki ilə bağlı Rusiyanın üç şəhərində məntəqələr açılacaq

Baxılıb: 719     Tarix: 31-01-2024 11:07   

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyanın üç şəhərində seçki məntəqələri açılacaq.
Qanunvehedef.az “Secki-2024.az” saytına istinadən xəbər verir ki, məntəqələr Azərbaycanın Rusiyadakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda yaradılacaq.
Sözügedən məntəqələr yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.
Seçki məntəqələrinin ünvanları:
Moskva şəhəri, Voznesenski prospekti, 15;
Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;
Yekaterinburq şəhəri, Karl Liebknecht küçəsi, 5;
Qeyd edək ki, səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.
Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənarda qalma bülletenləri gətirmələri xahiş olunur.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar