Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Kralı təbrik etdi

Baxılıb: 879     Tarix: 05-12-2024 11:52   

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
2024-cü ildə Azərbaycanın Banqkokda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Tailand arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”

Qanunvehedef.az



{sape_links}{sape_article}