Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Baxılıb: 808 Tarix: 25-12-2024 11:47
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Ali Baş Komandan kimi qətiyyətli və uzaqgörən rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi və 24 saat davam edən antiterror tədbirləri nəticəsində
Can Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etməklə Siz həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, həm də xalqınızın arzusunu yerinə yetirdiniz.
Zati-alinizin müdrik və humanist siyasəti sayəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə ona olan etimadı gündən-günə gücləndirir. Azərbaycanın sabitliyi, firavanlığı, gələcək nəsilləri üçün göstərdiyiniz dəyərli səyləri qürurla və sevinclə izləyirik.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə rəhbərliyinizlə Türkiyə və Azərbaycanın reallaşdırdığı böyük layihələrə və qarşıdakı ideyalara görə hər iki ölkənin xalqları olaraq gələcəklə bağlı ümidli və qürurluyuq.
Hörmətli Prezident, fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə də ürəkdən təbrik edir, Can Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə və vəzifələrə uğurla çatmasını arzulayır, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bildirirəm”.
***
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenovdan:
“Çox hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Sizin səmərəli fəaliyyətiniz sayəsində bütün dünya Azərbaycanın nailiyyətləri haqqında məlumatlıdır.
Məni Azərbaycan xalqı ilə birləşdirən bağlar təkcə mənəvi qohumluq və ortaq köklər deyil, həm də Sizin ölkənizin görkəmli nümayəndələri ilə çoxillik münasibətlərdir. Onların arasında atanız – böyük Heydər Əliyev də var.
O, müdrik siyasi xadim idi və Siz ölkəni yeni zirvələrə apararaq atanızın işini layiqincə davam etdirirsiniz.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm.
Qoy qardaşlığımız, dostluğumuz daha da möhkəmlənsin və başımızın üzərində həmişə aydın səma olsun!”
***
Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyevdən:
“Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə Avropa Sambo Federasiyasının adından təbrik edirəm.
İdman xalqları, mədəniyyətləri birləşdirən, inkişafa, yaxınlaşmağa kömək edən körpüdür və bu körpü Sizin köməyinizlə qurulur. Sizin inkişafa verdiyiniz əvəzsiz töhfələr təkcə idman tarixində deyil, bütün dünya birliyinin tarixində əbədi olaraq qalacaqdır.
Hər bir idmançı 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarını minnətdarlıqla xatırlayır. Həmin vaxt Sizin yüksək diqqətinizin şahidi olduq, idman ictimaiyyətinin bütün nümayəndələri Azərbaycanda qonaqpərvərliklə qarşılandı və yarışlar ən yüksək səviyyədə keçirildi. 2025-ci ildə ölkəniz proqramına idmanın sambo növünün də daxil olduğu çoxnövçülük yarışı olan MDB Oyunlarına ev sahibliyi edəcək. Nümayəndələrimizi Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış etmək üçün yenidən ölkənizə səfər etmək fürsətini səbirsizliklə gözləyirik.
Sambonun milli səviyyədə dəstəklənməsinə verdiyiniz töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan samboçuları beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Sizin idmanın dəstəklənməsinə göstərdiyiniz diqqət çoxlu sayda gəncin həyatda öz yolunu tapmasına və vətənpərvər kimi yetişməsinə kömək edib.
Doğum gününüz mübarək, hörmətli cənab Prezident!”
***
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdindən:
“Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin, bütün ruhanilərimizin adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allahın xeyir-duasını arzulayıram.
Bu əlamətdar gündə Rusiya müsəlmanları Sizin rifahınız, qardaş Azərbaycan xalqının firavanlığı, işlərinizin bundan sonra da uğurlu olması üçün dualar edirlər. Bu gün dünyanın hər yerindən Sizin ünvanınıza gələn bütün xoş arzulara dərin hörmətlə qoşuluruq.
Sevindirici haldır ki, Sizin müdrik rəhbərliyiniz sayəsində xalqlarımız arasında çox yaxşı dostluq və mehriban qonşuluq ənənələri qorunub saxlanılır. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə mehriban münasibətlərin inkişaf etdiyini məmnunluqla bildiririk. Bu gün Azərbaycan dövlət səviyyəsində bütün millətlərə, dinlərə və konfessiyalara tolerantlıq, hörmət nümayiş etdirən müasir multikultural cəmiyyətin ən müsbət nümunələrindən biridir.
Möhtərəm İlham Heydər oğlu, Uca Allahdan Sizə, bütün Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. Amin!”
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər