Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə danışıqlar aparır

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb.
“Ukraynanın ilk görüşü Avropa və NATO nümayəndələri ilədir. ABŞ nümayəndələrinin də qoşulacağı gözlənilir", - o bildirib.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə həmçinin Rusiya xarici işlər nazirinin müavinləri Sergey Ryabkov, Mixail Qaluzin, hərbi kəşfiyyatın rəisi İqor Kostyukov və Baş Qərargahın nümayəndəsi Yuri Jiqarlovski də yer alıblar.
ABŞ-ı danışıqlarda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.
Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edir. Heyətin tərkibində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya da yer alır.
Qanunvehedef.az





















