Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir
Baxılıb: 973 Tarix: 10-11-2026 13:21

Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.
Qanunvehedef.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















